Rusiyanın etirazına baxmayaraq NATO-nun Monteneqronu təşkilata qoşulmağa dəvət edəcəyi gözlənilir.
Diplomatların sözlərinə görə dekabrın 2-də Monteneqroya rəsmi şəkildə NATO-ya qoşulmaq təklif olunacaq.
Həmçinin NATO-nun baş katibi Jens Sltonterbeq bunun dekabrın 1-də başlayana Brüssel görüşündə gündəlikdə olan əsas məsələlərdən biri olacağını bildirib.
Rusiya xəbərdarlıq edib ki, Monteneqronun NATO-ya qoşulmasına təxribat kimi baxacaq.
Brüssel görüşündə həmçinin Türkiyədə hava hücumlarından müdafiə sisteminin gücləndirilməsi, Əfqanıstan qüvvələrinin maliyyələşdirilməsi və NATO-Rusiya münasibətləri də müzakirə olunacaq.
2009-cu ildə Xorvatiya ilə Albaniya da NATO-ya qoşulub.