1 Dekabr 2015 23:38
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti postuna Respublika Partiyasından namizədliyə iddialı olan milyarder Donald Tramp Amerikanın CNN telekompaniyasından seçkiqabağı debatlarda iştirakı üçün 5 milyon dollar tələb edə bilər. Bu barədə o, Corciya ştatında seçiciləri qarşısında çıxış edərkən bildirib.

D.Tramp prezidentlik ambisiyaları ilə çıxış edən respublikaçı-siyasətçilər arasında ilk debatların avqust ayında Fox News telekanalı tərəfindən yayımlandığını xatırladıb. Həmin debatları 24 milyon tamaşaçı izləyib.

Siyasətçi respublikaçıların sentyabr ayında keçirilən ikinci debatını isə CNN telekanalında 23 milyon insanın izlədiyini qeyd edib. “Onlar mənə 5 milyon dollar ödəməsə, debatlarda iştirak etməyəcəm. Bu pulların hamısı “Wounded Warrior” layihəsinə (yaralanmış hərbçilərə yardım proqramı) və ya veteranlara xərclənəcək”, - deyə Tramp bildirib.

Ümumilikdə seçkiqabağı təbliğata təxminən 20-yə yaxın siyasətçi qoşulub. Əksər sosioloji sorğuların nəticəsinə əsasən, Donald Tramp respublikaçılar, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton isə demokratlar arasında liderdir.

Xatırladaq ki, ABŞ prezidenti postuna respublikaçıların rəsmi namizədinin adı partiyanın 2016-cı il iyulun 18-21-də Ohayo ştatının Klivlend şəhərində keçiriləcək milli qurultayında elan ediləcək. Demokratlar isə namizədlərinin təyin olunacağı qurultayı 2016-cı il iyulun 25-28-də Pensilvaniya ştatının Filadelfiya şəhərində keçirməyi planlaşdırır.


Müəllif:

Oxşar xəbərlər