2 Dekabr 2015 11:45
1 737
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Maliyyə Nazirliyi İŞİD terror təşkilatının neft satdığı iş adamları ilə bağlı şok faktlar açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, nazirliyin yaydığı siyahı arasında iki rusiyalı biznesmenin də adı diqqət çəkib.

Məlumatda bildirilib ki, İŞİD neft yataqlarını ələ keçirdikdən sonra Suriya əsilli Rusiya vətəndaşı Georgi Hasvani adlı biznesmen terrorçularla danışığa gedib. Danışıqların nəticələrinə uyğun olaraq, Hasvanı terrorçularla neft alqı-satqısı ilə bağlı razılaşma imzalayıb. Hasvani "HESCO" tikinti şirkətinin vasitəsi ilə İŞİD-dən aldığı nefti Əsəd rejiminə satıb.

Digər iş adamı isə Dünya Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinovdur. Onun Rusiya prezidenti Vladimir Putinin yaxın dostu olduğu iddia edilir. İlyumjinovun adı Avropa Birliyinin qara siyahısına salınıb. O, Suriya Mərkəzi Bankında çirkli pulların yuyulmasında ittiham olunur.

Samir


Müəllif:

Oxşar xəbərlər