Almaniyada İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq Adoft Hitlerin "Mənim mübarizəm" (Mayn kampt) kitabı yenidən nəşr ediləcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Münhen Tarix İnstitutunun təşəbbüsü ilə kitab 4 min nüsxədə çap olunacaq.
Kitabın yenidən nəşri Hitlerin ölümünün 70-ci ildönümünə həsr edilib. Bu illər ərzində kitabın nəşr hüququ Bavariya şəhər nümayəndələrinə aid olub. Onlar indiyədək kitabın yenidən nəşrinə icazə verməyiblər.
Samir