Gecə saatlarından Ermənistanın paytaxtında başlayan aksiyalar zamanı qarşıdurmalar yaşanıb.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, "Yeni Ermənistan" hərəkatı Konstitusiya islahatlarına etiraz əlaməti olaraq İrəvanın mərkəzindəki Azadlıq meydanında oturaq aksiya təşkil edib.
Aksiya zamanı hökumət əleyhinə şuarlar səsləndirilib. Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyaya müdaxilə edib. Qarşıdurma nəticəsində çoxlu sayda etirazçı və polisin xəsarət aldığı bildirilir.
"İrs" partiyasının sərdi Raffi Ovanisyanın sözlərinə görə, nümayişçilər növbəli şəkildə meydanda olacaqlar və bu gün saat 18:00-da yeni mitinq keçiriləcək.
Qeyd edək ki, dekabrın 6-da Ermənistanda Konstitusiya islahatları ilə bağlı referendum keçiriləcək.
Samir