"Türkiyəyə sərhədlərini qorumaq üçün qırıcı və döyüş gəmiləri göndərəcəyik".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, bu addımın vurulan Rusiya təyyarəsi ilə heç bir bağlılığı yoxdur: "Rusiya ilə əlaqələrin yenidən bərpa edilməsi üçün də işlərmizi davam etdirəcəyik. NATO uzun illərdir Türkiyəyə dəstək verir və bu ölkənin müdafiəsi ilə bağlı təşkilatın xüsusi planları var. Türkiyə Baş naziri Əhməd Davudoğlu ilə keçirdiyim görüşdə də bu məsələni müzakirə etdik. Göndərəcəyimiz qırıcılar İngiltərəyə, döyüş gəmiləri isə Almaniya və Danimarkaya aid olacaq. Gəmilər Aralıq dənizi istiqamətində Türkiyəyə yan alacaq".
Samir