Böyük Britaniyayanın "Tornado" döyüş təyyarələri Kiprdə yerləşən Akrotiri aviabazasından ilk uçuşlarını həyata keçirib.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, qırıcılar Suriyada İŞİD terrorçularının mövqelərini bombardman edib. Hadisədən sonra döyüş təyyarələri heç bir itki vermədən bazaya qayıdıb.
Məsələ ilə bağlı Britaniya rəsmiləri hələlik açıqlama verməyib.
Qeyd edək ki, Britaniya parlamenti 10 saatlıq müzakirələrdən sonra İŞİD-ə qarşı əməliyyatlara qoşulmağa razılıq verib.
Samir