ABŞ Hollandiyadan Suriyada İŞİD terror təşkilatına qarşı mübarizə üçün yaradılmış koalisiyaya qatılmağı tələb edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Hollandiya xarici işlǝr naziri Bert Koenders parlamentin aşağı palatasında çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, məsələ parlamentdə müzakirə olunduqdan sonra son qərar açıqlanacaq.
Qeyd edək ki, son bir ildə Hollandiyanın bölgǝdǝ olan 8 ədəd F-16 tǝyyarǝsi sadǝcǝ İŞİD-ə qarşı İraqdakı hava ǝmǝliyyatlarına qatılıb.
Samir