4 Dekabr 2015 13:52
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xamneyidən Suriya prezidentinə dəvət

İranın Ali dini lideri Alətullah Əli Xamneyi Suriya prezidenti Bəşər Əsədi Tehrana dəvət edib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı Xamneyinin sözçüsü Əli Əkbər Vilayəti məlumat verib.

Onun sözlərinə görə, ölkəsi Əsədi İranda qarşılamağa hazırdır: "Əsədin Suriyada olması zəruridir. Ancaq Suriya prezidenti istəsə, biz onu İranda qarşılamağa hazırıq. İrana gəlsə, onu qəhrəman kimi qarşılayacağıq. Çünki o ötən 5 ildə xalqını və ölkəsini müdafiə edib".

Vilayəti Türkiyə tərəfindən Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulmasına da münasibət bildirib: "Rusiyanın Suriyadakı əməliyyatları qanunidir. Rus təyyarəsinin vurulması region ölkələrinin maraqlarına ziddir. İran bölgədə vəziyyəti gərginləşdirəcək bu cür addımlara qarşıdır".

Samir


Müəllif:

Oxşar xəbərlər