4 Dekabr 2015 20:33
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Con Kerri Yunanıstan Baş naziri Aleksis Tsiprasla görüşüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, görüş zamanı Kerri Yunanıstanı iqtisadi böhrandan çıxaracaqlarına söz verib.

Onun sözlərinə görə, bunun üçün ABŞ bütün səylərindən istifadə edəcək: "Başa düşürəm bu çətindi. Bütün cəhdlərimizlə kömək edəcəyik".

Tsipras isə öz növbəsində Kerriyə təşəkkür edib və belə çətin zamanda ABŞ-ın Yunanıstana göstərdiyi dəstəyini yüksək qiymətləndirib.

Samir


Müəllif: