5 Dekabr 2015 00:21
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Federal Tədqiqatlar bürosu Kaliforniya ştatındakı silahlı insidenti terror aktı kimi qiymətləndirib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə FTB-nin nümayəndəsi bildirib.

“Hadisə ilə əlaqədar saxlanılan hələ ki, yoxdur. Lakin araşdırma nəticəsində həbs edilənlər olacaq”, deyə FTB nümayəndəsi vurğulayıb.


Xatırladaq ki, iki gün əvvəl ABŞ-ın San-Bernardino şəhərində məhdud fiziki imkanlı insanlar üçün mərkəzdə baş verən silahlı insident nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb.


Müəllif: