6 Dekabr 2015 09:02
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən kəndli deyiləm. Gedin ona söyləyin ki, ciddi bir adamam, o da ciddidirsə məsələni bitirək”.


Bu sözləri İmralı adasında həbsxanasında olan PKK lideri Abdullah Öcalan onunla görüşən dövlət heyətinə deyib.

ABŞ səfərini tamamlayan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaşın sözlərinə görə, Öcalan bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlayıb. Demirtaş həmçinin PKK probleminin həlli prosesini aparan baş nazirin müavini Yalçın Akdoğan, daxili işlər naziri Efkan Ala və kəşfiyyat rəhbəri Hakan Fidanın prezident Rəcəb Tayyib Ərdoğana proseslə bağlı ətraflı məlumat vermədiyini iddia edib.


HDP-nin həmsədri bunun prosesin bitməsində əhəmiyyətli rol oynadığını ifadə edib./Publika.az


Müəllif:

Oxşar xəbərlər