6 Dekabr 2015 16:29
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da yerləşən universitetlərdən birinin rektoru tələbələrə dərsə silahla gəlməyi məsləhət görüb.

Teleqraf.com xarici mediaya istinadən xəbə verir ki, Liberti universitetinin rektoru Ceri Foluella bunu belə izah edib: "Kaliforniyanın San-Bernardinyo universitetində baş verənlər hər birimizi kədərləndirdi. Tələbələrə universitetə silahla gəlməyi təklif edib. Bildirdim ki, onlar bütün müsəlmanlara deyil, sadəcə terror aktı törətməyə çalışan şəxslərə atəş açsınlar".

Virciniya ştatının qubernatoru Terri Makolif bunun sərsəm fikir olduğunu deyib. Onun sözlərinə görə, tələbələrin silah gəzdirməsi çox təhlükəlidir.

Samir


Müəllif:

Oxşar xəbərlər