5 İyun 2014 14:19
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ukraynanın şərqinə Rusiya tərəfdən döyüşçülərin və silahların göndərilməsinə dair sübut təqdim edilməsini tələb eləyib.

Axar.az xəbər verir ki, o bu barədə “Avropa-1” radiosuna və TF1 telekanalına müsahibə verərkən söyləyib.

O, ABŞ-ın Səddam Hüseyni haqsız yerə edam etdiyini vurğulayıb:

“ABŞ dəfələrlə qeyd edib ki, Ukraynadakı vəziyyətə Rusiya müdaxilə edir və silahlı qüvvələrini ora göndərir. Bəs sübut hanı? Qoy mənə sübut təqdim etsinlər.

Vaxtilə ABŞ-ın dövlət katibi BMT-nin Təhlükəsizlik Şurasında İraqda kütləvi qırğın silahlarının olduğuna sübut kimi hansısa yuyucu tozunu göstərmişdi. Nəticədə, ABŞ qoşunları İraqa daxil oldular və Səddam Hüseyni asdılar. Lakin sonda məlum oldu ki, İraqda kütləvi qırğın silahlarının heç biri yoxdur və heç olmayıb da. Siz bilirsiz danışmaq başqa, sübut əldə etmək isə tam başqadır”.


Müəllif: