7 Dekabr 2015 21:51
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda H1N1 virusuna yoluxan 36 nəfər həyatını itirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İran Səhiyyə Nazirliyinin Kirman əyaləti üzrə nümayəndəsi Əlirza Rəzm Hüseyni açıqlama verib.

Onun sözlərinə görə, Kirmanda artıq məsələ ilə əlaqədar fövqəladə vəziyyət elan edilib: "Virusun yayılmasının qarşısını almaq üçün əyalətdəki uşaq baxçalarında, ibtidai və orta məktəblərdə dekabrın 8-i və 9-u tətil olacaq".

Samir


Müəllif:

Oxşar xəbərlər