"Biz Ermənistan Milli Məclisinin sessiyasını boykot etmək qərarına gəldik".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Erməni Milli Konqresi fraksiyasının rəhbəri Levon Zurabyan məlumat verib.
Onun sözlərinə görə, buna səbəb konstitusiya islahatları üzrə keçirilən referendumun saxtakarlıqla keçməsidir: "Belə vəziyyətdə biz Ermənistan Milli Məclisində otura bilmərik. Boykota səbəb seçkilərdə saxtakarlıqla işlədərək xalqın iradəsindən sui-istifadə etmələridir".
Samir