8 Dekabr 2015 01:55
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Gəzici” təhqiqat mərkəzi ölkənin 16 əyalətində Rusiyanın “Su-24” hərbi təyyarəsinin məhvi ilə bağlı sorğu keçirib. Musavat.com-un məlumatına görə, rəyi soruşulanların 53%-i Türkiyədə prezidentli üsul-idarəyə keçidin tərəfdarı olduğunu söyləyib. Təyyarə insidentinədək bu göstərəcinin xeyli aşağı olduğu bildirilirdi.

“Rusiya ilə gərgin münasibətlər fonunda Ərdoğan ölkəni yaxşı idarə edirmi” sualına respondentlərin 74%-i təsdiqi cavab verinb. Onlarlın 91%-i isə hesab edir ki, Türkiyə ölkənin hava məkanını pozan Rusiya təyyarəsini vurmaqda düzgün hərəkət edib.

Beləliklə, Türkiyə əhalisinin mütləq əksəriyyətinin məsələdə birmənalı şəkildə hakimiyyətin tərəfində olduğu üzə çıxıb.


Müəllif:

Oxşar xəbərlər