İŞİD terror təşkilatının liderlərindən olan Əbu Nabil öldürülüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Pentaqon məlumat yayıb.
Bildirilib ki, Nabil Liviyanın Derna şəhərinə edilən hava hücumları zamanı həyatını itirib.
Bundan başqa, məlumatda qeyd edilib ki, əməliyyatlar nəticəsində "Əl-Şəbab" terrorçularının lideri Abdulrəhman Sandhar da öldürülüb.
Samir