9 Dekabr 2015 08:36
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviya Bankı 5 avro nominalı dəyərində gümüş kolleksiya sikkəsi buraxıb.

Sikkənin buraxılması Riqada gümüş sikkələrin zərb edilməsinin 500 illiyinə həsr olunub. Dizaynının müəllifi Laymonis Şenberqs olan sikkələr Niderland sikkəxanasında 7 min nüsxə tirajla buraxılıb. Latviya Bankının kassalarında sikkənin qiyməti 28 avro təşkil edəcək.

Qeyd edək ki, Riqada gümüş sikkələr ilk dəfə 1515-ci ildə zərb edilməyə başlayıb. Bir qədər əvvəl Latviya Bankı üzərində pişik və hacıleylək təsviri olan xatirə sikkələri buraxmışdı.


Müəllif:

Oxşar xəbərlər