Ermənistanda konsitutsiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun yekunları üzrə 10 cinayət işi açılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, müxalifətin fikrincə, səsvermə zamanı çoxlu ciddi qanun pozuntuları qeydə alınıb.
Ermənistan hökuməti isə bu pozuntuların referendumun nəticələrinə təsir etmədiyini bildirib.
Qeyd edək ki, səsvermə zamanı pozuntularla əlaqədar prokurorluğa 446 şikayət daxil olub.
Samir