11 Dekabr 2015 00:39
1 823
12 Punto 14 Punto 16 Punto 18 Punto

2007-ci ildə İraqda xidmət edən britaniyalı hərbçi Kris Herbert mina partlaması nəticəsində sağ ayağını itirib. Bu hadisədən sonra dostları ondan müsəlmanların əleyhinə nəsə yazmasını istəyiblər. Ancaq keçmiş hərbçinin yazdığı status onların gözlədiyi kimi olmayıb. O, statusda bunları yazıb:

“Bəli, müsəlman məni partladıb və mən də ayağımı itirmişəm.

Həmin gün Britaniya uniformasında olan müsəlman da əlini itirib.

Məni hadisə yerindən aparan helikopterdəki həkim müsəlman idi.

Mənim həyatımı xilas edən cərrah müsəlman idi.

Britaniyaya qayıdanda mənə kömək edən həkimlər qrupundakı tibb bacısı müsəlman idi.

Yenidən gəzməyim üçün keçdiyim bərpa müddətində hər gün məni yoxlayan nəzarətçi müsəlman idi.

Xəstəxanadan çıxıb bunu qeyd etmək üçün pivə ardınca gedəndə bizdən pul götürməyən taksi sürücüsü müsəlman idi.

Pivə klubunda dərman əks effekt verəndə atama kömək edib məsləhət verən həkim də müsəlman idi.

Buna rəğmən....

"Partladıldığım üçün məndən irqçilik gözləyənlər məyus olub.

Britaniyalı sevgilimdən xoşu gələn ingilis "məin kimi əlillə birlikdə yatdığına görə" onun üzünə tüpürüb.

Britaniyalı atamın üstünə əlillər üçün olan yerdə maşınını saxladığına görə qışqırırdı. Ancaq həmin vaxtı mənə xüsusi qayğı lazım idi.


Ancaq mən britaniyalıların nifrət etmirəm!


Mən bilirəm, kimdən xoşum gəlir, kimdən isə yox. Kimə dəyər verməyin lazım olduğunu da bilirəm. Əgər bir neçə axmağın hərəkətinə görə bütün kişi və qadınlara nifrət etmək istəyirsinizsə özünüz bilərsiniz. Hansısa müsəlman məni asan hədəf hesab edib və düşünüb ki, ölüm vaxtım çatıb.


Taliban və İŞİD kimi terrorçu qruplara görə bütün müsəlmanları ittiham etmək KKK (Ku-kluks-klan-ultrasağç ıtəşkilat, ağların üstünlüyünü, ağ nasizm) və ya Baptist kilsəsinə görə xristinaları günahlandırmaq kimidir.

Öz həyatınızı ələ alın, yaxınlarınızı qucaqlayın və işə qayıdın".

Rüstəm


Müəllif:

Oxşar xəbərlər