11 Dekabr 2015 13:51
4 793
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın uzun müddətdir gizli saxlanılan "USS Zumwalt" döyüş gəmisi ilk dəfə görüntülənib.

Teleqraf.com xəbər verir ki, onun gözə çarpan ilk özəlliyi dizaynındakı fərqliliyidir. Gəminin ön hissəsi bıçaq formasında hazırlanıb.

İddialara görə, "USS Zumwalt" döyüş gəmisi eyni zamanda suyun altında da hərəkət edə bilir. Bununla bağlı ABŞ Donanmasından rəsmi açıqlama verilməyib. Bundan əlavə gəminin arxa hissəsində helikopterin enməsi üçün yer də var.

Başqa bir məlumatda isə "USS Zumwalt"in lazer silahı ilə təhciz olunduğu qeyd edilib.

180 metrlik uzunluğu olan gəmi SM-2 zenit raketlərinə, sahildəki hədəfləri vura biləcək "Tomahawk" raketlərinə, raket məhv edən ESSM sisteminə və sualtı qayıqları məhv etmək üçün "ASROC" torpedo sisteminə malikdir.

Gəmi 4 enerji turbinlə təchiz edilib. Bu sistem sayəsində ehtiyacı olan enerjini özü istehsal edə bilir. Gəmi 148 nəfərlik heyətlə xidmət göstərəcək.

Teleqraf.com gəminin fotolarını təqdim edir:

Rüstəm


Müəllif: