11 Dekabr 2015 16:45
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya məxsus helikopter Finlandiya sərhədini pozub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Finlandiya Sərhəd Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, helikopter bu gün yerli vaxtla 10:11-də Haapasaari adasından şərqdə qanunsuz şəkildə Finlandiya hava məkanına 10 kilometr məsafədə daxil olub.

Finlandiyalı sərhəd xidməti əməkdaşları helikoterin ekipaj üzvləri ilə əlaqə yaratmağa çalışsalar da, bu mümkün olmayıb. Helikopter iki dəfə hava açılan xəbərdarlıq atəşindən sonra geri qayıdıb.

Məsələ ilə bağlı Rusiya tərəfi heç bir açıqlama verməyib.

Samir


Müəllif:

Oxşar xəbərlər