"Təhlükəsizlik təmin ediləndən sonra Rusiya və Misir arasında uçuşlar bərpa ediləcək".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey lavrov deyib.
Onun sözlərinə görə, hər iki dövlətin nümayəndələri bunun üzərində işləyir: "Rusiya və Misirin səlahiyyətli orqanları Qahirə, Xurqadı və Şarm-əl-Şeyx aeroportlarında təhlükəsizlik tədbirləri kompleksinin həyata keçirilməsi üzərində birgə çalışırlar. Bundan sonra iki ölkə arasında uçuşlar bərpa ediləcək".
Samir