12 Dekabr 2015 00:19
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 14-də ABŞ prezidenti Barak Obama Pentaqonda Milli Təhlükəsizlik Şurasının İŞİD-lə mübarizəyə həsr ediləcək iclasını keçirəcək və bəyanatla çıxış edəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.


“Prezident Obama İŞİD-in məhv edilməsinə yönələn hərbi əməliyyatlarla bağlı məlumatlandırılacaq. O, milli təhlükəsizlik üzrə komandasına strategiyamızın müxtəlif aspektlərini qiymətləndirmək tapşırığını verib. Hazırda İŞİD-ə qarşı mübarizəyə dair strategiyamızda hər hansı yeniliyin olub-olmayacağı barədə məlumatım yoxdur”, deyə C.Ernest qeyd edib.


Müəllif: