Rusiyanın RT telekanalının erməni müxbirinin israrla Türkiyə haqqında sual verməsi ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbini özündən çıxarıb.
Avropa.info xəbər verir ki, mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Kirbi RT telekanalının erməni jurnalisti Qayane Çiçəkyanın təkidlə Türkiyə haqqında eyni sualı təkrarlamasından əsəbləşib.
Əsəblərinə hakim ola bilməyən Kibyi erməni jurnalistə "Bu sualları utanmadan soruşa bilmək məharətinə təəccüblənirəm, Rus hökumətinə verə bilmədiyin sualları məndən niyə soruşursan" deyərək sərt reaksiya verib.
Qeyd edək ki, Çiçəkyan Kibyiyə "Türkiyənin İraqa əsgər göndərməsini necə qiymətləndirirsiniz" sualını verib.
Kirbi isə Çiçəkyanın bu sualı son 3 gündür soruşduğunu və suala cavab verdiyini deyib. Cavabdan məmnun olmayan erməni jurnalist isə problemin artıq böyüdüyünü qabartmağa çalışıb.
Bundan sonra Kirbi müxbirə sərt şəkildə reaksiya verib.