12 Dekabr 2015 01:53
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində hərbi maşın atəşə tutulub.

Musavat.com-un məlumatına görə, silahlı hücum nəticəsində bir hərbçi yaralanıb. Hadisə axşam saatlarında Ankaraya gedən yolda baş verib. Verilən məlumata əsasən hərbi avtomobil Silivri cəzaçəkmə məntəqəsinin maşını olub.

Avtomobilə atəş açanların kimliyi bilinmir. Qeyd edilir ki, atəş açılan zaman hərbi avtomobildə 3 hərbçi olub və onlardan ikisi güllələrdən yayına bilib.

Hadisə ilə bağlı araşdırma aparılır.


Müəllif: