12 Dekabr 2015 02:56
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Nyu-York ştatı Senatının keçmiş başçısı Din Skelos və onun oğlu Adam korrupsiyada təqsirli biliniblər.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, onlara qarşı rüşvətxorluq, hədə-qorxu ilə pul tələb etmə və cinayətkarlıq fəaliyyəti məqsədilə sövdələşmə daxil olmaqla səkkiz bənd üzrə ittiham irəli sürülüb.


Qeyd olunur ki, Skeloslar Nyu-York şəhərindəki tikinti şirkəti və Arizona ştatında yerləşən digər şirkətdən hədə-qorxu ilə külli miqdarda pul tələb ediblər.

Xatırladaq ki, 67 yaşlı Din Skelos və 32 yaşlı Adam Skelos mayın əvvəlində saxlanılmışdılar.


Müəllif:

Oxşar xəbərlər