"İran qazı Türkiyə üzərindən Avropa daşına bilər".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin ticarət və enerji məsələləri üzrə müavini Cavad Əmin Mənsur deyib.
Onun sözlərinə görə, bu məsələ beynəlxalq sanksiyaların qaldırılması zamanı reallaşa bilər: "Avropa bazarında tələbatın artması zamanı təbii qazın Türkiyə üzərindən daşınması mümkündür. İndidən heç nə demək olmur. Sanksiyaların tam aradan qaldırılmasını gözləyirik".
Samir