"Baş nazir Arsen Yatsenyuk başda olmaqla, Ukrayna hökumətinin istefasına səs verəcək parlamentarilərin sayı kifayət qədərdir".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna Ali Radasının "Xalq cəbhəsi" fraksiyasından olan deputatı Nikolay Belikoviç deyib.
Onun sözlərinə görə, Ukraynada baş nazir vəzifəsinə layiqli namizəd yoxdur: "Biz bilirik ki, hökumətin istefası üçün lazım olan 226 səs toplanacaq. Bəs sonra nə olacaq?! Mən şübhə edirəm ki, bu ölkədə kimsə yeni baş nazir olmağa iddialıdır".
Samir