Bağdad hökuməti türk qoşunlarının İraqdan çıxarılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İraqın BMT-dəki səfiri şuraya məktub ünvanlayıb: "Biz Təhlükəsizlik Şurasını Türkiyədən qoşunlarını İraq ərazisindən çıxarmasını tələb etməyə çağırırıq".
BMT-dən isə bildirilib ki, İraqda yerləşdirilən qoşunlara görə Bağdad hökumətinin razılığı vacibdir.
Qeyd edək ki, Türkiyənin Şimali İraq ərazisində hərbi varlığını artırması iki ölkə arasında narazılığa səbəb olub.
Samir