13 Dekabr 2015 09:24
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyanın paytaxtı Praqada qaçqınların qəbuluna qarşı nümayiş keçirilib.

Məlumata əsasən, nümayişdə mindən çox adam iştirak edib. Nümayişçilər şəhərin mərkəzi meydanından dövlət başçısının iqamətgahı - Praqa qəsrinə kimi yürüyüblər.

Mitinqçilər Avropa İttifaqının miqrasiya siyasətini qəbul etməyən və Avropada terror təhlükəsinin böyüdüyü barədə xəbərdarlıq edən ölkə prezidenti Miloş Zemana dəstəklərini bildiriblər./trend.az/


Müəllif:

Oxşar xəbərlər