Somalinin Xiran vilayətinin Beledueyn şəhərində iki klanın silahlı qarşıdurmalarında 10 nəfər ölüb, 29 nəfər xəsarət alıb.
Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, xəsarət alanların əksəriyyəti dinc sakinlərdi, onların sayı arta bilər.
Yerli xəstəxananın başçısı Əhməd Maxmud Xəlif jurnalistlərə deyib ki, xəstəxanaya 29 yaralı yerləşdirilib, 5 nəfərin vəziyyəti ağır kimi dəyərləndirilir.
Məktəblərdə dərslər təxirə salınıb.