15 Dekabr 2015 11:18
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

34 islam ölkəsi terrorçuluğa qarşı yeni koalisiya yaradıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Səudiyyə Ərəbistanı hökuməti məlumat yayıb.

Koalisiya Səudiyyənin paytaxtı Ər-Riyadda fəaliyyət göstərəcək operativ qərargah tərəfindən idarə olunacaq. Yeni birliyə qatılacaq ölkələr bunlardır: Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Maldiv, Mali, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Pakistan, Bəhreyn, Qətər, Nigeriya,Yəmən, Banqladeş, Benin, Türkiyə, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin və Komor adaları.

Koalisiyanın terrorçuluqla mübarizə üçün hansı addımlar atacağı hələlik açıqlanmır.

Samir


Müəllif:

Oxşar xəbərlər