5 İyun 2014 22:39
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada keçirilən seçkinin qalibi bəlli olub.

Teleqqraf.com bildirir ki, bir çox dövlətlərin və beynəlxalq təşkilatların diqqət mərkəzində olan Suriyadakı prezident seçkisinin nəticələrinə ilk reaskiya gözlənildiyi kimi, Amerika Birləşmiş Ştatlardan gəlib. ABŞ-ın dövlət katibi Con Kerri milyonlarla vətəndaşın səsvermə hüququndan məhrum olduğunu nəzərə alaraq prosesin heç bir məna kəsb etmədiyini bildirib.

Con Kerri deyib ki, prosesi seçki adlandırmazdım: “Nəticələri, sadəcə, nəhəng sıfırla ifadə etmək olar. Ən azından ona görə ki, milyonlarla vətəndaş səsvermə imkanına malik deyildilər, üstəlik onların seçimləri də yoxdur. Ona görə də seçkilərdən sonra heç nə dəyişmədi. Münaqişə həmin münaqişədir. Terror və qətliamlar, köçkünlərin problemləri də qalmaqdadır”.

Amma ABŞ bununla belə Suriyalı qaçqınlardan özünün kömək əlini kəsməyəcəyi açıqlayıb. Onlar üçün Amerika hökuməti 290 milyon dollar məbləğində maliyyə yardımı ayırmağa qərar verib.

Qeyd edək ki, Əsədin prezident olacağı əvvəlcədən proqnozlaşdırılmışdı. Lakin təəccüb doğuran odur ki, bir dövlətin başına daha nə gəlməlidir ki, prezident istefaya getsin.

Seçkinin rəsmi nəticələrini açıqlayan ölkə parlamentinin spikeri Cihad Ləhəm Bəşər Əsəd 10 milyon 3 mindən çox səs topladığını deyib.

Nəzərə alsaq ki, Suriya əhalisinin ümumi sayı 22 milyondur, bu rəqəm də onun yarısıdır. Amma müharibənin getdiyi bu 3 ildə Suriyada əhalinin qalmadığını görməmək isə sadəcə mümkünsüz deyil. Məhz buna görə, Suriya Mərkəzi Seçki Komissiyasının rəqəmləri təəcüblü görünür. İkinci yerdə 4.3 faiz səslə doktor Həsən Abdullah Ənnuri, üçüncü yerdə isə 3.2 faiz səslə cənab Mahir Əbdülhafiz Həccar qərarlaşıb. Seçkinin qalibi olan Bəşər Əsədin tərəfdarları prezidentin qələbəsini bayram ab-havasında qeyd ediblər.


Müəllif: