5 İyun 2014 22:50
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanı idarə edənlər isə Brüsseldə toplaşmışdılar. Keçmiş “böyük səkkizlik” indi 7-lik olub. Çünki, Avropa dövlətləri Rusiyanı Ukrayna siyasətinə görə, bu birlikdən kənarlaşdırıblar. Onların bu günkü hədəfi də elə keçmiş tərfdaşları olub.

Teleqraf.com bildirir ki, Brüsseldə keçirilən 7-lər qrupunun sammitindən sonra Avropa liderləri, o cümlədən də ABŞ prezidenti Barak Obama mətbuat qarşısına çıxıb. Liderlər Rusiyanı Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroşenko ilə danışıqlara çağırıblar. Avropa Şurasının prezidenti Herman Van Rompuyu Poroşenkonun prezident seçilməsindən sonra Ukraynada vəziyyətin yaxşılaşacağına ümid etdyini deyib.

Avropa Şurasının prezidenti Herman Van Rompuy deyir ki, “böyük yeddi”lər Petro Poroşenkonu legitim seçilmiş prezident olaraq alqışlayır: “Onun prezident seçilməsi çox şeyi dəyişə bilər. Həmçinin Rusiyanı hərbi qüvvələrini Ukrayna sərhədlərindən geri çəkməsini sürətləndirməyə çağırırıq. Rusiya silah axınını və döyüşçülərin sərhəd boyu yerləşdirilməsinin qarşısını almalıdır. Separatçıların silahları yerə qoymasına və zorakılığı dayandırmasına təsir göstərməlidir”.

ABŞ prezidenti Barak Obama bəyan edib ki, Rusiya tərəfdən təxribatlar davam edərsə, bu əvvəlki kimi ona baha başa gələcək. Obama Rusiyanın Ukrayna ilə bağlı siyasətini dəyişməzsə, bir ay sonra yeddilər qrupunun sanksiyaları ilə üzləşəcəyini də deyib. “Rusiya bu fürsətdən istifadə etməlidir. Rusiya Prezident Poroşenkonun Ukraynanın legitim yolla seçilmiş prezidenti olduğunu qəbul etməlidir, eyni zamanda rəsmi Kiyevlə dialoq qurmalıdır”.

Əslində sammit, səkkizlik formatında Rusiyanın Soçi şəhərində baş tutmalı idi. Lakin Ukrayna hadisələrindən və Krımın Rusiyaya birləşdirilməsindən sonra digər ölkələr Rusiyanın bu qrupdan çıxarılmasını təklif ediblər və nəticədə son 15 il ərzində ilk dəfə olaraq sammit Rusiya olmadan yeddi dövlətin iştirakı ilə keçirilib.

Rusiyanın 7-liyə cavabı isə gecikməyib. Rusiyanın baş naziri Dmirti Medvedev qərbi iki üzlülkdə günahlandırıb. /ans tv/


Müəllif: