5 İyun 2014 23:14

Rəsmi rəqəmlərə görə, bu ilin yanvar-aprel aylarında Ermənistanın mağazalarında satışların həcmi 0,9% düşüb.

Teleqraf.com bildirir ki, azalmada əsas rol istehlak mallarının payına düşüb. İstehlak mallarının ümumi satışı 16,7 faiz azalıb. Azalma köşklərə də təsir edib, onların satışları 15,3% düşüb.

Erməni mətbuatı azalmada əsas səbəb kimi əhalinin vəziyyətinin pisləşməsini, ailələrin real gəlirlərinin azalmasını göstərir. Əslində isə problem daha dərindir - xalq istehlak malları, xüsusilə də kəndlərdə quraşdırılmış köşklərdə satılan istehlak malları əhalinin birbaşa sayından xəbər verir. Yəni köşklərdə və istehlak mağazalarında yaşamaq üçün ən vacib olan mallar - çörək, yağ, qənd, çay, un və s. kimi ərzaqlar satılır. İstehlak mallarının azalması birbaşa əhalinin sayının azalması ilə bağlıdır. Yəni real olaraq keçən müddət ərzində Ermənistanda əhalinin sayı təxminən 15 faiz azalıb.

Amma elə bir ciddi gəlir qaynağı olmayan yoxsul Ermənistanın hakim “Qarabağ klanı” əsasən ticarətdən pul qazandığına görə, mağazaların dövriyyəsinin azalmasına razı olmazdı. Buna görə də, məişət və avtomobil yanacağını - qazı, benzini və dizel məhsullarını bahalaşdırmaqla bu malların dövriyyəsini 24,7% artırıb. Buna görə də mağazalarda satışlar təxminən eyni saxlanıb. /anspress/


Müəllif:
Загрузка...