5 İyun 2014 23:31
1 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ-ın Dövlət Katibi Hillari Klinton “zəif qadın”dır".

Teleqraf.com bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Fransa televiziyasına müsahibə verən Putin Klintonun onun haqqında mart ayında dediklərinə cavab olaraq belə deyib.

Klinton Putinin Krımı anneksiyasını vaxtilə Adolf Hitlerin alman azlığını qorumaq adı ilə Polşaya, Çexoslovakiyaya müdaxiləsi ilə müqayisə edib.

Xatırladaq ki, Klinton bunu martın 4-də Kaliforniyada bir tədbirdə deyib.

Putin indi Fransa televiziyasına deyir: "Qadınlarla mübahisə etməmək yaxşıdır. Ancaq xanım Klinton bəyanatlarında heç vaxt bu qədər kəskin olmayıb". O, əlavə edib ki, görüşlər zamanı həmişə «səmimi söhbət» aparıblar.

Putin hesab edir ki, Klintonun belə deməyi onun güclü olmasından deyil, zəifliyindən irəli gəlir. “Ancaq ola bilsin, zəiflik qadın üçün ən pis keyfiyyət deyil».

Putin birinci dəfə deyil ki, qadınlara toxunan belə ifadələr işlədir. 1990-cıə illərin ortalarında Putin öz həyat yoldaşı Lyudmila haqda deyib: “Lyudmila ilə ikicə həftə yaşaya bilənə heykəl qoyulmalıdır”.

2013-cü ilin iyununda Vladimir Putin öz xanımı ilə boşandığını elan etdi, bu ilin aprelində isə Rusiya vətəndaşlarının suallarına cavab verəndə ondan soruşdular ki, ikinci dəfə evlənmək fikri varmı?

Putin cavab verdi ki, “Əvvəlcə mən gərək keçmiş xanımım Lyudmilanı ərə verim. Sonra özüm haqda fikirləşim”.

2006-cı ildə İsrailin keçmiş prezidenti Moşe Katsav zorlamada və qadınlara seksual təcavüzdə ittiham olunanda Putin deyib ki, Katsav “necə güclü kişi olmalıdır. O, 10 qadını zorlayıb”. “Biz hamımız ona həsəd aparırıq”.

2008-ci ildə Putindən soruşublar ki, keçmiş gimnast Alina Kabaeva ilə hansı münasibətləri var?

Putin deyib: “Məncə heç kimin xətrinə dəyməz, əgər desəm ki, mən rus qadınlarını ən istedadlı və ən gözəl hesab edirəm”.

Ancaq Putin Kabaeva ilə hər hansı romantik münasibətləri olmasını qəti şəkildə inkar edib./azadlıq radiosu/


Müəllif: