Rusiyaya məxsus hərbi təyyarə Türkiyə üzərindən müşahidə uçuşlarına başlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 4 gün davam edəcək uçuşlar zamanı “AN-30B” tipli Rusiya hərbi təyyarəsi əvvəldən təyin olunan və ən çox 1500 kilometrlik marşrut xətti üzrə müşahidə uçuşu həyata keçirəcək. Təyyarənin Ərzurumdan havaya qalxdığı açıqlanıb.
Qeyd edək ki, 27 ölkənin 1992-ci ildə imzaladığı “Açıq Hava Sahəsi Razılaşması”na əsasən, dövlətlər bir-birlərinin hava sahəsində müşahidə uçuşu etmək hüququna malikdir. Rusiya bu müqaviləyə 2001-ci ildən qoşulub.
Samir