15 Dekabr 2015 17:49
3 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya iqtisadiyyatı neftin qiymətinin düşməsi, rublun dəyərini itirməsi və Türkiyə kimi ticarət müttəfiqini itirməsindən sonra böhranla çətin mübarizə aparır.

Teleqraf.com xarici mətbuatına istinadən xəbər verir ki, son 4 ayda 8 böyük şirkət Rusiya bazarını tərk edib. Son olaraq isə Yaponiyanın "Toshiba" və Türkiyənin "Pimapen" şirkəti də Rusiya bazarından çıxmaq qərarı verib.

Rusiya hazırda tarixinin ən böyük maliyyə böhranlarından birini yaşayır. Buna prezident Vladimir Putinin apardığı xarici siyasətlə bərabər Avropa və ABŞ-ın sanksiyaları, neftin qiymətinin aşağı düşməsi, Rusiyanın Türkiyə bazarını itirməsi də səbəb göstərilir.

2016-cı ildə iqtisadiyyatında artım gözlənilməyən Rusiya bazarından nəhəng şirkətlər bir-bir çıxır. Keçdiyimiz aylarda "General Motors" bazasında olan "Opel""Chevrolet" brendləri Rusiyada istehsalı dayandırıb. Həmçinin ötən sentyabr ayında da Cənubi Koreyalı avtomobil istehsalçısı "Ssangyong" satışda baş verən azalmanı əsas göstərərək, bu ölkədə fəaliyyətini tamamilə dayandırmaq qərarı verib. Almaniyanın "Deutsche Bank"ı da Rusiyada fəaliyyətlərini dayandırdığını açıqlayıb. Son olaraq dünyanın ən böyük texnologiya firması "Toshiba" da rublun dəyərinin tez-tez dəyişməsinə görə Rusiya bazarından çıxdığını açıqlayıb.

Rusiyanın bütün bu böhrana baxmayaraq, Türkiyəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyalardan sonra Türk firmaları da Rusiyanı tərk etməyə başlayıb. "Hayat Holding"ə bağlı olan "Kastamonu Entegre" şirkəti Rusiyanın Kaluqla ərazisindəki taxta panel zavodunun tikintisini təxirə salıb. Bundan başqa Türkiyənin tanınmış plastik pəncərə şirkəti olan "PİMAŞ" da Rusiyadakı zavodunu bağlayacağını bildirib. Sankt-Peterburqdakı "Bosch-Siemens" zavodu Türkiyədən gələn sənaye məhsullarına qadağa qoyulması səbəbindən paltaryuyan maşın istehsalını dayandırmaq məcburiyyətində qalıb.

Rusiyanın Türkiyədən tərəvəz və meyvə idxalına embarqo qoymasından sonra ölkədə meyvə-tərəvəzin qiyməti sürətlə yüksəlməyə başlayıb. 7 dekabrdan sonra salatlıq tərəvəzlərin qiymətləri 4.4 faiz, pomidor isə 6.6 faiz bahalaşıb. Bu ölkədə aparılan sorğu zamanı isə “Türkiyə cəzalandırılmalıdırmı” sualına Rusiya əhalisinin 63 %-i "yox", 37 %-i isə "hə" cavabı verib. Ağır tonnajlı avtomobil sahibləri isə yol vergisi səbəbindən Moskva dairə yolu daxil olmaqla bir çox federal yolları bağlayıb. Platon adlanan yeni sistemə əsasən, çəkisi 12 tondan artıq olan nəqliyyat vasitələri 2 min 200 rubl (35 dollar) tranzit rüsumu ödəyəcəklər.

Ramal


Müəllif:

Oxşar xəbərlər