5 İyun 2014 23:43
1 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrinin aviasiyası "Marinovka" sərhəd buraxılış məntəqəsinə hücum etmiş terrorçulara iki dəfə zərbə endirib.

Teleqraf.com bildirir ki, aviasiya zərbəsindən sonra terrorçular tar-mar olub. Donetsk ərazisində yerləşən "Marinovka" buraxılış məntəqəsində hücum edənlərə alovlu zərbə onları geri çəkilməyə vadar edib.

Ukraynanın Dövlət sərhəd xidmətinin mətbuat xidməti terrorçular tərəfindən xeyli sayda itkilər olduğu haqda məlumat yayıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna sərhədində, "Marinovka" buraxılış məntəqəsində ukraynalı sərhədçilərlə terrorçular arasında döyüş gedib.

Terrorçular Rusiya tərəfindən sərhədçilərə basqın edib. Terrorçular üzərində iriçaplı pulemyot quraşdırılmış zirehli maşın və 4 “KaMAZ”la hücuma keçib.

Bundan başqa basqında 4 mikroavtobusla dolu olan yaraqlı iştirak edib.

Döyüşlərdə üç ukrayna sərhədçisi isə yaralanıb. /anspress/


Müəllif: