Amerikanın "Alaska Airlines" aviaşirkətinə məxsus təyyarə salonda yaranan tüstü səbəbindən Vaşinqton ştatının Spokan şəhərinə qəzalı eniş edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının rəsmi nümayəndəsi Helli Niqq məlumat verib.
Onun sözlərinə görə, eniş uğurlu alınıb, göyərtədə olan 75 sərnişin və 4 heyət üzvündən heç kim xəsarət almayıb.
"Bombardier Q400" tipli təyyarə Sieltadan Spokana uçurmuş. Həyəcan təbili uçuşdan 15 dəqiqə sonra çalınıb. Buna sərnişinlərin salonda tüstülənmənin olmasından şikayət etməsi səbəb olub.