6 İyun 2014 00:21
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi təyyarə Kaliforniyanın cənub bölgəsindəki yaşayış məntəqəsinin səmasında uçarkən qəzaya düşüb

Teleqraf.com bildirir ki, hərbi təyyarə Kaliforniyanın cənub bölgəsindəki yaşayış məntəqəsinin səmasında uçarkən qəzaya düşüb.

"Harriyer" hərbi təyyarəsinin San-Diyeqo şəhərindən şərqdə yerləşən İmperial yaşayış məntəqəsindəki iki evin üstünə düşdüyü bildirilir. Xoşbəxtlikdən qəzada ölən və yaralanan olmayıb.

Pilot təyyarə qəzaya uğramazdan əvvəl tullana bildiyi üçün xəsarət almayıb, lakin hər ehtimala qarşı xəstəxanaya aparılıb.

Təyyarənin Arizona ştatının Yumadakı hərbi bazadan uçduğu deyilir.


Müəllif: