Səudiyyə Ərəbistanı tərəfindən terrorçuluğa qarşı mübarizə üçün yaradılan islam ölkələri koalisiyası ilə bağlı bəzi narazılıqlar ortaya çıxıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ilk narazılıq Pakistan hökumətindən gəlib.
Pakistanın xarici işlər naziri Ayzaz Çaudri bildirib ki, ölkəsinin adını bu koalisiyanın tərkibində görəndə təəccübünü gizlədə bilməyib: "Çox təəccüblü oldu. Məlumatda deyilir ki, 34 ölkənin nümayəndələri görüşüb və koalisiyaya razılıq verib. Mənim bu məsələdən xəbərim yoxdur. Səudiyyədəki səfirimizə məsələni araşdırmaq üçün tapşırıq vermişik".
Daha bir narazılıq Malaziya hökumətindən gəlib. Malaziya müdafiə naziri Datuk Seri Hişamuddin Hüseyn də bu xəbəri təkzib edib: "Malaziya İŞİD-ə qarşı təkbaşına mübarizə aparır. Heç bir islam koalisiyasına qoşulmağa razılıq verməmişik. Bu məlumatlar həqiqətə uyğun deyil".
Samir