İŞİD terror təşkilatı İraqın şimalındakı Başika bölgəsində Türkiyə hərbi düşərgəsinin olduğu əraziyə hücum edib.
Trend Türkiyə mətbuatına istinadən məlumat verir ki, hücum nəticəsində 2 mülki vətəndaş həlak olub, 4 türk əsgəri xəsarət alıb.
Vertyolyotla Şırnaka aparılan yaralı əsgərlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.