İspaniyanın baş naziri Mariano Raxoya Pontevedra şəhərinin (Qalisiya muxtar vilayəti) mərkəzində gəzinti zamanı hücum edilib.
TASS agentliyi xəbər verir ki, nazir vilayətdə dekabrın 20-də keçiriləcək seçkilər ərəfəsində seçki kampaniyası çərçivəsində gəzintiyə çıxıb. Raxoyla birlikdə hakim Xalq partiyasının başqa üzvləri də olub.
Nazir sakinlərinin əhatəsində olduğu zaman, onunla şəkil çəkdirmək istəyən bir gənc üzündən yumruq zərbəsi endirib.
Dərhal nazirin mühafizəçiləri olaya müdaxilə edib, hücum edən gənc saxlanılıb.