17 Dekabr 2015 18:43
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cənub axını" layihəsi Bolqarıstana kömək üçün hazırlanıb".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, layihənin ləğvinə səbəb bolqar hökumətinin köməkdən imtina etməsi oldu: "Mənə bolqar hökumətinin milli maraqlarına məhəl qoymadan mövqeyini bildirməsi maraqlıdır. Bu layihəyə 3 milyard dollar yatırılmalı idi: bu iş yerləri, maaş, büdcəyə əlavə gəlir demək idi. Biz bu layihəni bolqarlara kömək üçün hazırladıq. İstəmirlərsə, özləri bilər".

Rusiya prezidenti "Türk axını" məsələsinə də toxunub: "Rusiyaya bu layihənin Avropa Komissiyası tərəfindən dəstəklənməsi üçün zəmanət məktubu lazımdır. Avropa Komissiyası zəmanət verməlidir ki, bu marşrut xətti uğurludur və prioritetdir. Əgər "Qazprom"un türkiyəli tərəfdaşları belə bir məktub təqdim etsələr, biz bunu davam edəcəyik. Amma hələ ki, bu görünmür".

Samir


Müəllif:

Oxşar xəbərlər