18 Dekabr 2015 02:12
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın müdafiə naziri terrorçu İŞİD qruplaşmasına qarşı mübarizənin genişləndirilməsi məqəsdi ilə İraqda kürd rəsmiləri ilə müzakirələr keçirir.

"Report"un "Amerikanın səsinə" istinadən verdiyi xəbərə görə, Ərbil şəhərinin hava limanında Eşton Karteri Kürdüstan muxtar vilayətinin baş nazir müavini Qubad Talabani qarşılayıb.

E.Karter Şimali İraqın Kürdüstan regionunun lideri Məsud Barzani ilə görüşüb. Onun ABŞ-ın regiondakı hərbi qüvvələri ilə də görüşü planlaşdırılır.

Müxbirlələ görüşü zamanı Karter deyib ki, kürdlərin İŞİD-i məğlub etmək qabiliyyətinə malik olan Peşmərqə ordusu indiyədək şücaət nümayiş etdirib.


Müəllif:

Oxşar xəbərlər