Rusiyada məşhur jurnalist Dmitri Xrustalevin sosial şəbəkələrdə yayılmış videosu qalmaqala səbəb olub.
Görüntülərdə aparıcının Moskva küçələrindən birində dalaşdığı əks olunub. Məlumatlara görə, Xrustalev tıxac zamanı onun maşınını sıxışdıran digər avtomobilin sürücünü döyüb. Videoda jurnalistin sürücünün üzərinə hücum çəkməsi izləyicilərin kəskin narazılığına səbəb olub.
Polisin verdiyi məlumata görə, faktla bağlı bölməyə heç bir şikayət daxil olmayıb.
Teleqraf.com həvəskar kameraya əks olunan görüntüləri təqdim edir:
Samir