18 Dekabr 2015 16:00
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ müdafiə naziri Eşton Karter gözlənilmədən Əfqanıstana səfər edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Karter səfər zamanı Əfqanıstan hökumət nümayəndələri, həmçinin ABŞ-ın bu ölkədəki hərbçiləri ilə görüşlər keçirəcək.

Rəsmi məlumatlara görə, ABŞ müdafiə nazirinin bu ölkəyə səfərinin əsas səbəbləri Əfqanıstanda təhlükəsizlik səviyyəsinin aşağı düşməsi və "Taliban" terror təşkilatının güclənməsidir.

Qeyd edək ki, dünən Karter İraqa gözlənilməz səfər etmişdi.

Samir


Müəllif:

Oxşar xəbərlər